M | |
---|---|
alm. M | |
Janr | triller filmi[1][2], Nuar filmi[d], dram filmi |
Əsas mövzu | seriyalı qatil, ölüm cəzası |
Bəstəkar | |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 11 may 1931[3], 31 avqust 1931[4], 31 mart 1933[4], 1931 |
Müddət | 117 dəq. |
Ölkələr | |
Dil | alman dili |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | Almaniya Federativ Respublikası, Berlin |
IMDb | ID0022100 |
Vikianbarda əlaqəli mediafayllar |
M — Şəhər qatili axtarır — 1931-ci il istehsalı olan alman psixoloji trilleridir. Orijinal adı M olan film, ingilis dilli ölkələrdə Fritz Lang's M, yaxud da Murderers Among Us adı ilə nümayiş etdirilmişdir. Filmin rejissoru Fritz Lang ssenarini həyat yoldaşı Thea von Harbou ilə müştərək yazmışdır. Filmin baş rol ifaçısı Peter Lorredir. Bu, Fritz Lanqın ilk səsli filmidir və özünün dediyi kimi, filmoqrafiyasında ən yaxşı filmdir. Filmdə Almaniyanın bir şəhərində polisin silsilə qətllər törədən uşaq qatilini tuta bilməməsi ilə narahat olan şəhərdəki digər cinayətkarların da axtarışa qoşulmasından və bundan sonra baş verən hadisələrdən bəhs edilir.